“Çelsi”nin hücumçusu Romelu Lukaku “İnter”ə qayıtmayacaq.
Lent.az xarici mediaya istinadla bildirir ki, Milan klubu 30 yaşlı futbolçu ilə bağlı danışıqları dayandırmaq qərarına gəlib. Artıq futbolçuya bu barədə məlumat verilib, tezliklə “Çelsi”yə də məlumat veriləcək. “Neradzurrilər” belçikalı futbolçunun “Yuventus”la danışıqları və “Milan”la maraqlandığına dair söz-söhbətlərə görə ondan imtina ediblər.
Bildirilir ki, Lukaku vəziyyəti düzəltmək üçün cümə günündən şənbəyə keçən gecə “İnter”in idman direktoru Piero Ausilioya zəng vurub. Lakin telefon danışığı uzun sürməyib. İndi “İnter” hücumu gücləndirmək üçün alternativ variantlar axtaracaq.