UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından biri keçirilib.
Lent.az xəbər verir ki, turnirin ilk finalçısı İtaliyada müəyyənləşib.
“İnter” doğma meydanda “Barselona”nı qəbul edib. Qarşılaşma 4:3 hesabı ilə İtaliya klubunun xeyrinə başa çatıb.
Qeyd edək ki, İspaniyada keçirilən ilk oyunda 3:3 hesabı qeydə alınmışdı.