"Arsenal"ın 25 yaşlı müdafiəçisi Ben Uayt şəxsi səbəblərə görə İngiltərə yığmasını tərk edərək vətəninə qayıdıb.
Lent.az bildirir ki, bu barədə milli komandanın "Twitter"dəki rəsmi səhifəsində xəbər verilib.
İngiltərə yığması dekabrın 4-də Seneqal komandası ilə keçiriləcək 1/8 final oyununa hazırlaşır.