Futbol üzrə Avropa çempionatında C qrupunun ikinci qarşılaşması İngiltərə və Serbiya arasında baş tutub.
Lent.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada britaniyalılar rəqibini 1-0 hesabı ilə üstələyib.
Matçda yeganə qolu 13-cü dəqiqədə Cud Bellinqem vurub.