İngiltərə millisinin müdafiəçisi  Qətərdən qovuldu
09 dekabr 2022 14:08 (UTC +04:00)

İngiltərə millisinin müdafiəçisi Qətərdən qovuldu

"Arsenal"ın müdafiəçisi Ben Uayt baş məşqçi Qaret Sautqeytin köməkçisi Stiv Holland ilə münaqişədən sonra İngiltərə yığmasını tərk edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, futbolçu 2022-ci il dünya çempionatının qrup mərhələsinin ABŞ komandası ilə oyunu ərəfəsində komandanın görüşünə hazırlaşmayıb. Nəticədə bütün komandanın gözü önündə futbolçu ilə məşqçi arasında mübahisə yaranıb, bundan sonra onun komandadan qovulmasına qərar verilib.

Uaytın bir daha Qətərə qayıtmayacağı bildirilir.

Əlavə edək ki, dekabrın 10-da britaniyalılar Fransa ilə 1/4 final oyunu keçirəcəklər.

# 1923
avatar

Oxşar yazılar