“Sauthempton” futbol Klubu bu mövsümdə ikinci dəfə baş məşqçisini istefaya göndərib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə komandanın rəsmi saytında xəbər yayılıb.
Ötən ilin noyabrında avstriyalı Ralf Hasenhüttli əvəz edən Natan Cons vəzifəsindən uzaqlaşdırılıb. Consla yanaşı onun köməkçiləri Kris Koen və Alan Şihan da klubu tərk edib.
İspaniyalı Ruben Seles yeni baş məşqçi təyin olunana qədər komandanın rəhbəri kimi fəaliyyət göstərəcək.
“Sauthempton” ardıcıl 3-cü dəfə uduzub və 22 oyundan sonra 15 xalla Premyer Liqanın turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.