Maykl O'Nil Şimali İrlandiya futbol yığmasının baş məşqçisi təyin edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə İrlandiya Futbol Assosiasiyasının saytı xəbər verib.
Məşqçi ilə yeni müqavilə 5 il yarım müddətinə nəzərdə tutulub. O, milli komandanı 2024-cü il Avropa çempionatına, eləcə də 2026-cı il dünya çempionatının seçmə oyunlarına hazırlayacaq.
O'Nil əvvəllər Şimali İrlandiya millisinin kapitanı olub, 2011-ci ildə komandaya rəhbərlik edib.