Milli Futbol Liqasının “Vaşngton Kommanders” klubu 6,05 milyard dollara satılıb.
Lent.az xarici mətbuata istinadən bildirir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
Bu müqavilə "Çelsi" nin amerikalı iş adamı Todd Boelinin konsorsiumuna 5,3 milyard dollara satılması üzrə ötən ilki sövdələşməni qabaqlayaraq idman klubunun tarixdə rekord satış olub.
Klubun yeni sahibi amerikalı milyarder Coş Harrisin rəhbərlik etdiyi konsorsium olub. O, həmçinin Milli Basketbol Assosiasiyasının “filadelfiya Seventi Siksers” və Milli Hokkey Liqasının “Nyu-Cersi Devilz” komandasına sahibdir. 58 yaşlı iş adamının sərvəti 5,8 milyard dollar qiymətləndirilir.
Ümumilikdə, Harrisin konsorsiumu əfsanəvi keçmiş basketbolçu və NBA “Şöhrət zalı”nın üzvü Mecik Conson da daxil olmaqla 20 tərəfdaşdan ibarətdir. Klubu almaq uğrunda mübarizədə onlar “Amazon”un qurucusu və planetin ən zəngin insanlarından biri olan Ceff Bezosu qabaqlayıblar.
“Vaşngton Kommanders” 1932-ci ildə yaradılıb. Klub üç dəfə - 1982, 1987 və 1991-ci illərdə Superboulun qalibi olub. 2020-ci ilə qədər klub “Vaşinqton Redskins” adlanırdı.