İbrahimoviçin oğlundan  möhtəşəm QOL - VİDEO
17 sentyabr 2024 16:05 (UTC +04:00)

İbrahimoviçin oğlundan möhtəşəm QOL - VİDEO

“Milanın” heyətində oynayan Zlatan İbrahimoviçin oğlu Maksimilian qol vurub.

Lent.az xarici mediaya istinadla bildirir ki, "Milan" - "Empoli" qarşılaşması 4:1 hesabı ilə başa çatıb. İbrahimoviçin oğlu bununla da 4 oyunda üçüncü qolunu vurub.

Bu yay, iyulun ortalarında Maksimilian İbrahimoviç "Milan"la müqavilə imzalayıb. Futbolçu klubun gənclərdən ibarət komandasında oynamağa davam edəcək. Maksimilian 2022-ci ildə İsveçin "Hammarbi" klubundan İtaliya klubunun strukturuna keçib.

Zlatan İbrahimoviç İtaliya klubunun rəhbərliyinin müşaviri vəzifəsini tutur. Zlatan 2010-2012 və 2020-2023-cü illərdə "Milan"da çıxış edib. 2023-cü ilin iyulunda isveçli hücumçu karyerasını başa vurduğunu elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663
avatar

Oxşar yazılar