"Milan"ın isveçli hücumçusu Zlatan İbrahimoviç etiraf edib ki, Milanda özünü evdəki kimi hiss edir və idman karyerasını başa vurduqdan sonra İtaliya şəhərində qalmaq istəyir.
“Milanı sevirəm və burada xoşbəxtəm. Bu mənim ikinci evimdir. Beləliklə, futbolçu karyeramı başa vurduqdan sonra Milanda qala bilərdim”, - Lent.az bildirir ki, xarici mətbuat hücumçunun sözlərini sitat gətirib.
Xatırladaq ki, bu mövsüm hücumçu ayağından əməliyyat olunduqdan sonra hələ meydana çıxmayıb. Futbolçunun "Milan"la hazırkı müqaviləsi 2022/23 mövsümünün sonuna kimidir.
Keçən mövsüm isveçli klubun 11 ildə ilk liqa çempionluğunu qazanmasına kömək edib. Maraqlıdır ki, əvvəlki “Skudetto” da onun birbaşa iştirakı ilə qazanılmışdı. İndi Zlatanın 41 yaşı var, lakin o, karyerasını davam etdirib-etdirməyəcəyinə hələ qərar verməyib.