Hokkeyçi  oyun zamanı   öldü
25 dekabr 2022 14:01 (UTC +04:00)

Hokkeyçi oyun zamanı öldü

Rusiyalı Hokkeyçi Moskvada həvəskar komandaların oyunu zamanı dünyasını dəyişib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki,  hafisə  “Arsenal III” və “Jersey 53” komandalarının qarşılaşdığı Yablochkova küçəsindəki buz arenasında baş verib. Adı açıqlanmayan 45 yaşlı idmançı buz üzərində huşunu itirib. Həkimlər ona kömək etsə də, o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Ölümün səbəbi hələ müəyyən edilməyib.

Sentyabr ayında Kanadanın “Er Sentennials” klubunun hücumçusu İlay Polfriman gənclər komandasının mövsümöncəsi oyunu zamanı ölüb. Təcili yardım briqadası hokkeyçini reanimasiya etməyə çalışıb. Bunu etmək mümkün olmayıb və xəstəxanada həkimlər onun öldüyünü bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274
avatar

Oxşar yazılar