İspaniyanın əfsanəvi qapıçısı İker Kasilyas həyat yoldaşı Sara Karbonero ilə boşanır.
Apasport.az saytının məlumatına görə, buna səbəb cütlüyün münasibətinin əvvəlki kimi olmamasıdır.
“Porto”da olarkən məşq zamanı infarkt keçirən sabiq qolkiperin yoldaşı həmin vaxt xərçəng xəstəliyinə yoluxub. Beş il Portuqaliyada yaşadıqdan sonra ötən il İspaniyaya dönən ailədə ayrılıq qərarı Karboneroya məxsusdur. Çünki Sara xərçəng xəstəliyindən müalicə olunduğu vaxt İkerdən lazımi dərəcədə dəstək görmədiyini düşünür.
Qeyd edək ki, İker Kasilyasla Sara Karboneronun sevgili olduğu DÇ-2010-un final matçından sonra canlı yayım zamanı qapıçının jurnalist xanımı öpməsi ilə üzə çıxıb. 12 ildir birlikdə yaşayan və 5 ildir evli olan cütlüyün 7 və 4 yaşında iki oğlu var.