Hemilton “Formula-1”dən  çempion kimi   getmək istəyir
27 dekabr 2022 14:34 (UTC +04:00)

Hemilton “Formula-1”dən çempion kimi getmək istəyir

Lyuis Hemilton idmançı kimi təqaüdə çıxmaq haqqında düşünür. 

Lent.az xarici mediaya istinadla bildirir ki, lakin “Formula-1”dəki ötən mövsüm çıxışı uğursuz olsa da, “Mercedes”in sürücüsü hələ də dünya çempionu olmağa ümid edir.

37 yaşlı britaniyalı Mixael Şumaxerin ən çox titul qazanma rekordunu qırmaq istəyir - hər iki pilot yeddiqat dünya çempionudur.

"Zirvədə olmağın və orada qalmağın nə qədər çətin olduğunu bilirəm. Biz ora qayıtmaq istəyirik. Keçən mövsümün sonu bizə çox ümid verirdi. Əzmkarlıqla hər şey nail olmaq olar.

Biz hələ yeni müqavilə ilə bağlı danışıqlara başlamamışıq - vaxtımız yox idi. Son iki ayı yolda keçirdik. Düşünürəm ki, dünya çempionunu tərk etmək hər bir idmançının arzusudur. Mən də bunu istəyirəm”, –Hamilton vurğulayıb.

Qeyd edək ki, Lyuis Hemilton 2022-ci ili karyerasında ilk dəfə “Formula-1” mərhələlərində qələbəsiz başa vurub. Bu, onun 15 illik unikal seriyasını qırıb.

Daha əvvəl “Ferrari” yeni mövsüm ərəfəsində “Formula-1” komandasına yeni rəhbər təyin etdiyini açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1362
avatar

Oxşar yazılar