İlk dəfə Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ”ı təbrik edirəm. Onlara qarşı oynamaq bizim üçün böyük təcrübə oldu.
Lent.az AZƏRTACA-a istinadla xəbər verir ki, bu sözləri “Hekken”in baş məşqçisi Per Matias Hoqman UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a 2:1 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
İlk dəqiqədə buraxılan qolun onların bütün planları pozduğunu bildirən baş məşqçi qeyd edib: “Mövsümün əvvəlində üç oyunçumuz komandanı tərk etdi. İsveç çempionu olduq. Hazırda komandamız güclüdür. Bir çox oyunçu transfer etdik. Mən isə yaxşı əhvali-ruhiyyə ilə komandadan ayrılacağam”.
Qeyd edək ki, xallarını 10-a çatdıran “Qarabağ” tarixində ilk dəfə Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.