"Mançester Yunayted" yay transfer pəncərəsində "Tottenhem"in hücumçusu Harri Keyni transfer etməkdə maraqlıdır.
Lent.az bildirir ki, bu barədə xarici mətbuat xəbər verir.
Qeyd olunur ki, Keynin transferi “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqın prioritetləri siyahısında birinci yerdədir.
Eyni zamanda, ingilis hücumçu mankunianların düşərgəsinə keçidə açıqdır.