Hakimi vuran məşqçiyə 20 oyunlıq CƏZA
09 fevral 2021 13:45 (UTC +04:00)

Hakimi vuran məşqçiyə 20 oyunlıq CƏZA

0

Bakının “Səbail” klubunun məşqçisi Vüqar Məmməd cəzalanıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Qurum məşqçini 20 oyunluq diskvalifikasiya edib. Buna Məmmədin Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündəki hərəkəti səbəb olub.

Azərbaycan yığmalarının sabiq baş məşqçisi “Sumqayıt”la ev qarşılaşmasında (1:2) köməkçi hakimi vurduğu üçün belə sərt cəzaya məruz qalıb. Onun hərəkətinə görə “Səbail” 16 min manat cərimə ödəyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1921

Oxşar yazılar