İtaliyanın “Milan” klubu futbolçusu Hakan Çalhanoğluna yeni müqavilə təklif edib.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi türk yarımmüdafiəçini daha uzun müddət heyətində saxlamaq istəyir.
Lakin tərəflər maliyyə məsələsində razılıq əldə edə bilmir. Klub rəhbərliyi futbolçuya ildə 4 milyon avro təklif edir. Hakan isə 5,5 milyon tələb edir.
Qeyd edək ki, Çalhanoğlunun hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.