Haaland və “Mançester Siti” yeni müqavilə ilə bağlı  razılığa gələ bilmir - SƏBƏB
04 oktyabr 2024 18:56 (UTC +04:00)

Haaland və “Mançester Siti” yeni müqavilə ilə bağlı razılığa gələ bilmir - SƏBƏB

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland ilə müqavilənin uzadılması ilə bağlı danışıqları dalana dirənib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, tərəflər norveçli futbolçunun müqaviləsindəki təzminatın məbləği ilə bağlı razılığa gələ bilmirlər. Haaland yeni müqavilə üçün sərbəst qalma bəndinin 100 milyon funt sterlinq olmasını istəyir. “Şəhərlilər”in rəhbərliyi bu məbləği çox kiçik hesab edir.

Tərəflər arasında danışıqların yaxın həftələrdə də davam etdiriləcəyi qeyd edilir.

24 yaşlı Haalandın "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1638
avatar

Oxşar yazılar