London “Arsenal”ının keçmiş baş məşqçisi Arsen Venqer dünya çempionatını qışda keçirməyə davam etməyi, həmçinin bu məsələdə Afrika ölkələrinə diqqət yetirməyi təklif edib.
“Futbolu demokratikləşdirmək istəyiriksə, yayda oynamaq mümkün olmayan Afrika ölkələrində dünya çempionatları keçirməliyik. Qətərdəki hazırkı turnirə əsaslansaq, qış dünya çempionatının tamamilə işlək variant olduğunu görürük.
Bəli, bir çox komandaların fiziki cəhətdən yaxşı hazırlaşmağa vaxtı yox idi. Ancaq ən azı bütün iştirakçılar turnirə əqli cəhətdən təzə yanaşdılar, əvvəlki çempionatlarda belə deyildi. Əvvəllər komandalar yaxşı hazırlaşa bilmədiklərindən turnirlərə psixoloji yorğun başlayırdılar”, - Lent.az xarici mətbuata istinadla bildirir ki, fransalı mütəxəssis deyib.
Xatırladaq ki, Qətərdə keçirilən dünya çempionatı futbol tarixində ilk qış mundialı olub. Turnir noyabrın 20-də başlayıb və dekabrın 18-də başa çatacaq.
Dekabrın 9-da 1/4 finalda Xorvatiya - Braziliya və Hollandiya - Argentina ilə qarşılaşacaq. Bir gün sonra isə İngiltərə - Fransa və Mərakeş - Portuqaliya oyunları keçiriləcək.