Futbolçu  zorlamaya görə   həbs edildi
08 dekabr 2022 19:31 (UTC +04:00)

Futbolçu zorlamaya görə həbs edildi

İtaliyanın “Genoa” klubunun hücumçusu Manolo Portanova qrup şəklində zorlama ittihamı ilə həbs edilib. 

Lent.az bildirir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb.

Mənbənin məlumatına görə, 22 yaşlı futbolçu 6 il müddətinə azadlıqdan məhrum edilib. O, təzminat kimi zərərçəkənə 100 min avro da ödəməlidir.

Cinayət 2021-ci il mayın 30-da Siena şəhərinin mərkəzindəki mənzildə törədilib. Portanova və hadisə zamanı birinin yaşı 18-dən az olan daha 3 gənc 21 yaşlı qıza təcavüz edib.

Portanova “Latsio”nun yetirməsidir. O, 2021-ci ilin yanvarında “Genoa”ya keçib. Bu mövsüm hücumçu komandanın heyətində 13 oyun keçirib və 1 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2628
avatar

Oxşar yazılar