Futbolçu cinsi təcavüz ittihamından bəraət aldı
13 yanvar 2023 19:57 (UTC +04:00)

Futbolçu cinsi təcavüz ittihamından bəraət aldı

"Mançester Siti"nin müdafiəçisi Benjamin Mendidən 7 cinsi təcavüz ittihamı götürürüb.

Lent.az bildirir ki, bu barədə “şəhərlilər”in saytında məlumat verilib.

Yanvarın 13-də məhkəmə heyəti fransız futbolçunu yeddi maddə üzrə təqsirsiz bilib: 6 zorlama epizodu və bir epizod cinsi zorakılıq.

Qeyd olunur ki, məhkəmə heyəti bir epizod zorlama və bir zorlama cəhdi ilə bağlı qərar verməyib. Qalan iki ittiham üzrə yenidən məhkəmə prosesi iyunun 26-da başlayacaq.

Xatırladaq ki, Benjamin Mendi səkkiz zorlama epizodu, bir cinsi zorakılıq epizodu və bir zorlama cəhdi ilə ittiham olunub. Zorlama ittihamlarından birində müdafiəçi 2022-ci ilin sentyabrında təqsirli bilinməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2106
avatar

Oxşar yazılar