Argentinanın "Boka Xuniors" və "İndependente" futbol klubları arasında keçirilən oyundan sonra azarkeşlərlə toqquşmada 6 polis əməkdaşı xəsarət alıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, oyundan sonra rəqibinə 0:2 hesabı ilə uduzan “İndependyente”nin azarkeşləri aqressiv şəkildə narazılıqlarını ifadə etməyə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və klub rəhbərliyinin nümayəndələrinə daş atmağa başlayıblar. Polis rezin güllələrlə cavab verib. Ən azı 11 nəfər saxlanılıb.
Qarşılaşma Avelyanedakı "İndependente"nin ev stadionunda oynanılıb.