Fransa kubokunun 1/32 finalında “Paris” və “Lyon” klubları arasındakı matç dayandırılıb.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə “Paris” klubu məlumat yayıb.
Parisin Şarleti stadionunda keçirilən oyunun dayanmasına iğtişaş səbəb olub. Birinci taymdan sonra azarkeşlər arasında qarşıdurma başlayıb, tərəflər bir birinə əşya atıb, oyun sahəsinə daxil olublar.
Birinci tamda hesab 1:1 olub. Təşkilatçılar oyunu dayandırmağa qərar verib.