Futbol klubu uduzdu: Prezident  güllələndi
26 sentyabr 2023 13:26 (UTC +04:00)

Futbol klubu uduzdu: Prezident güllələndi

Kolumbiyada “Tiqres” futbol klubunun prezidenti Edqar Paes güllələnib.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, 63 yaşlı Paes Kolumbiya çempionatının ikinci divizionunun 13-cü turunun “Atletiko Kali” ilə oyunundan (2:3) sonra güllələnib. Prezident qızı ilə birlikdə maşınla evə qayıdırmış.

“Tiqres” stadionundan bir qədər aralıda onun maşını motosikletli iki şəxs tərəfindən atəşə tutulub. Sinə, boyun və başından güllə yaraları alan Paes xəstəxanada dünyasını dəyişib. Hücum zamanı Paesin qızı yaralanmayıb.

Qeyd olunur ki, Paesin qətli müşahidə kameraları tərəfindən lentə alınıb. Kolumbiya prokurorları araşdırmaya başlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2865

Oxşar yazılar