Futbol əfsanəsinə hökm oxudu
30 sentyabr 2024 15:14 (UTC +04:00)

Futbol əfsanəsinə hökm oxudu

Keçmiş alman qapıçı Yens Lemann iki il əvvəl qonşusunun mülkünə girərək mişarla qarajı dağıdıb. Məşhur qapıçı artıq məhkəmənin hökmünü dinləyib.

Lemann Almaniya futbol tarixinin ən yaxşı qapıçılarından biri hesab olunur. O, əvvəllər "Arsenal", Dortmund "Borussiya"sı, "Milan" və "Şalke 04"də çıxış edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 2011-ci ildə futbolçu karyerasını bitirdikdən sonra məşhur qolkiper çoxsaylı qalmaqallar sayəsində məşhurlaşıb. Bir neçə gün əvvəl 54 yaşlı Lemann sərxoş halda Münhenin mərkəzində saxlanılıb. Almanın alkotester testindən keçməkdən imtina etdiyi iddia edilir. İş məhkəməyə göndərilməyə hazırlanıb.

Lehmanın problemləri bununla da bitməyib. “Bild” xəbər verir ki, o, iki il əvvəl qonşusunun mülkünə girib, daha sonra mişarı tutub və damı dəstəkləyən tiri kəsib. Nəticədə qaraj dağıdılıb.

Bundan sonra əfsanəvi qapıçı qonşusunun əmlakını niyə viran qoyduğunu açıqlayıb. Onun sözlərinə görə, tikilməkdə olan qaraj yaxınlıqdakı gölün mənzərəsini kəsməli idi.

2023-cü ilin sonunda məhkəmə Lemannı zərərçəkənə ödəməli olduğu 420 min avro cərimələyib. “Arsenal”ın keçmiş qapıçısı iş üzrə apellyasiya şikayəti verib.

“Bild” xəbər verir ki, bir neçə gün əvvəl məhkəmə əfsanənin vəsatətini təmin edib və yeni hökm çıxarıb. Lemann 135 min avro ödəməli olacaq ki, bu da ilkin qiymətdən xeyli azdır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3702
avatar

Oxşar yazılar