Fransa futbolunda azarkeşlərlə bağlı növbəti qalmaqal yaşanıb.
Lent.az Apasport.az-a istinadən xəbər verir ki, bu dəfə xoşagəlməz hadisə Liqa1-də deyil, ölkə kubokunda baş verib.
“Paris” və “Lion” arasında 1/32 final matçında yalnız bir hissə oynanılıb. Fasiləyə 1:1 hesabı ilə yollanan komandalar ikinci hissəyə çıxa bilməyib.
Buna səbəb azarkeşlər arasında düşən kütləvi dava-dalaş başlaması olub. Fanatların böyük hissəsi meydana da axışdığı üçün görüşü davam etdirmək mümkünsüzə çevrilib.
Qeyd edək ki, cari mövsümdə Fransa Liqa1-də dəfələrlə oxşar hadisələr yaşanıb və klublara qarşı sərt sanksiyalar tətbiq olunub.