Fransa çempionatının ən yaxşı qolu  bu futbolçuya məxsusdur
15 fevral 2023 17:42 (UTC +04:00)

Fransa çempionatının ən yaxşı qolu bu futbolçuya məxsusdur

0

“Monako”nun rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovin Fransa çempionatında mükafat qazanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Qolovinin qolu Fransa çempionatında yanvarın ən yaxşı qolu kimi tanınıb. Bu isə yanvarın 1-də “Monako”ya “Brest” üzərində qələbə qazandıran qoldur.

Qolovin 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatından sonra “Monako”ya keçib. Bu mövsüm o, komandada 31 oyun keçirib və 5 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1798

Oxşar yazılar