“Formula-1” üzrə Azərbaycan Qran-prisində mükafatlandırma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, mövsümün 6-cı mərhələsinin qalibləri mükafatlandırılıb.
Əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Meksikanın və Böyük Britaniyanın dövlət himnləri səsləndirilib.
Qran-Prinin qalibi Serxio Peresə kuboku İsmayıl İsmayılov təqdim edib.
Bu gün keçirilən sonuncu yarışı zirvədə tamamlayan Serxio Peres (“Red Bull”) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Müvafiq olaraq 2-3-cü yerləri tutan “Aston Martin” komandasının pilotu Sebastyan Fettel və “Alfa Tauri-Honda”dan Pyerr Qasli də kubokla mükafatlandırılıb.