Sabah İngiltərə millisi üçün tarixi gündür.
Lent.az xəbər verir ki, komanda ilk dəfə Avropa çempionatının finalında oynayacaq. Təəssüf ki, İngiltərə millisinin keçmiş hücumçusu Pol Mariner həmin tarixi günün şahidləri arasında olmayacaq. O, 68 yaşında vəfat edib.
Marinerin ölümünə səbəb beyin xərçənginə tutulması olub.
Mariner İngiltərə millisinin heyətində 1997-1985-ci illərdə çıxış edib. O, keçirdiyi 35 oyunda 13 qol vurub. Mariner “İpsviç”in heyətində UEFA Kubokunu (1981-ci il) və İngiltərə Kubokunu (1978-ci il) qazanıb.
O, “Plimut”, “Arsenal” və “Portsmut”da da oynayıb.