Pep Qvardiola "Mançester Siti"nin yarımmüdafiəçisi Kelvin Fillipsin fiziki vəziyyətini şərh edib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, yarımmüdafiəçinin İngiltərə yığmasında çıxış etdiyi 2022-ci il dünya çempionatından sonra Qvardiola Fillipsin artıq çəki ilə qayıtdığını bildirib.
“Onun indi mükəmməl bədən quruluşu var – çox seksualdır. Mövsümün ilk hissəsində o, mundiala getmək üçün əməliyyat keçirmədi və turnirdə iştirak etmək üçün hər şeyi etdi.
Bu, təkcə formada olmaq deyil, nə etmək istədiyimizi, hansı addımları atacağımızı və s. anlamaqdır”, - “Mançester Siti”nin baş məşqçisi bildirib.