Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino dünya çempionatlarının tez-tez keçirilməsini təklif edib.
Lent.az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.
FİFA rəhbəri dünya çempionatının dörd ildən bir yox, üç ildən bir keçirilə biləcəyi ilə bağlı fikir bildirib. Bu halda klublararası dünya çempionatı və qitə turnirləri arasında keçiriləcək. Qeyd olunur ki, 2024-2030-cu illər üçün beynəlxalq futbol təqvimi praktiki olaraq artıq formalaşdığından dəyişikliklər yalnız 2030-cu il dünya çempionatından sonra mümkün olacaq.
2021-ci ildə İnfantino iki ildən bir dünya çempionatının keçirilməsini təklif edib. Lakin Avropa Futbol Assosiasiyaları İttifaqı və bir çox futbol liqalar bu təşəbbüsə qarşı çıxıblar. Nəticədə bu ideyadan imtina edilib.
2022-ci ildə Qətərdə dünya çempionatı keçirilib. Dünya çempionatı ilk dəfə qışda keçirilib. Argentina turnirin qalibi olub.