FİFA-nın dünya çempionatından  əldə etdiyi gəlir   AÇIQLANDI
16 dekabr 2022 16:53 (UTC +04:00)

FİFA-nın dünya çempionatından əldə etdiyi gəlir AÇIQLANDI

Beynəlxalq Futbol Federasiyasının (FİFA) 2022-ci il dünya çempionatından əldə etdiyi gəlir məlum olub. 

Lent.az xarici mediaya istinadla bildirir ki, məbləği təşkilatın prezidenti Canni İnfantino mətbuat konfransı zamanı açıqlayıb.

İnfantino Qətərdə keçirilən turnirin federasiyaya 10,5 milyard dollar qazandırdığını bildirib. Beləliklə, FİFA 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatından bir milyard dollar çox vəsait əldə edib.

Bundan əvvəl məlum olub ki, polis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı korrupsiya faktı ilə bağlı Avropa Parlamentində axtarışlar aparıb.

"Avropa Parlamentində dekabrın 12-də aparılan axtarışlar zamanı polis 1,58 milyon avro nağd pul müsadirə edib", - polisin açıqlamasında deyilir. 

Qeyd olunub ki, vəsait dekabrın 9-da saxlanılan Yunanıstandan olan deputat Eva Kayli və İtaliyadan olan sabiq deputat Pier Antonio Panzeriyə məxsusdur.

Dünya çempionatının finalı dekabrın 18-də keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Həlledici görüşdə Argentina və Fransa milliləri qarşılaşacaq. Üçrənglilər hazırkı dünya çempionlarıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1839
avatar

Oxşar yazılar