“Mançester Siti”nin hücumçusu Ferran Torresin “Barselona”ya keçidi rəsmiləşib.
Apasport.az xəbər verir ki, hər iki klub rəsmi saytı vasitəsilə transferi açıqlayıb.
Gənc forvard Kataloniya klubu ilə 5 illik müqavilə imzalayıb. İspaniya millisinin üzvünün sərbəst qalma məbləği 1 milyard avro dəyərində göstərilib. La Liqa təmsilçisi yeni transferini yanvarın 3-də “Nou Kamp”da azarkeşlərinə təqdim edəcək.
Qeyd edək ki, bu keçidin “Barsa”ya 55+10 milyon avroya başa gəldiyi bildirilir.