“Fənərbaxça”da ciddi itki
16 dekabr 2024 10:21 (UTC +04:00)

“Fənərbaxça”da ciddi itki

Türkiyə təmsilçilərindən “Fənərbaxça” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, İstanbul nəhənginin müdafiəçisi Rodriqo Bekao sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı oyunçu Super Liqada “Başakşehir”lə oyunda (3:1) zədə alıb. O, mövsümün qalan hissəsini buraxmalı olacaq.

Bekao bu mövsüm 15 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1188
avatar

Oxşar yazılar