Vitor Pereyra
03 dekabr 2021 01:18 (UTC +04:00)

Vitor Pereyra

“Fənərbaxça” baş məşqçisini qovur

“Fənərbaxça” baş məşqçi postunda dəyişikliyə hazırlaşır.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, klub prezidenti Ali Koç hazırkı çalışdırıcı Vitor Pereyranın fəaliyyətindən məmnun deyil.

Super Liqanın XIV turunda “Göztəpə” ilə heç-heçə (1:1) və lider “Trabzonspor”dan 12 xal geri qalmaq rəhbərliyin narazılığına səbəb olub. Bunun üçün portuqaliyalı mütəxəssisdən uğursuz çıxışla bağlı raport tələb edilib.

Eyni zamanda yeni baş məşqçi axtarışına da başlayan İstanbul təmsilçisinin bu posta ilk namizədi “Fatih Karagümrük”ün çalışdırıcısı Françesko Fariolidir. “Fatih Karagümrük”ün razılığından sonra 32 yaşlı italiyalı mütəxəssislə danışıqlara start verilib.

Qeyd edək ki, Super Liqada 24 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan “Fənərbaxça” Avropa Liqasında da qrup üçüncülüyünü təmin edərək, mübarizəni Konfrans Liqasında davam etdirmək hüququ qazanıb.

# 2193
avatar

Oxşar yazılar