Mövsümün sonunda heyətində ciddi dəyişikliklər etməyi planlaşdıran “Qalatasaray”da ayrılacaq 5 futbolçu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, “cim-bom” yola salacağı oyunçular sayəsində maaş büdcəsində 15 milyon avroya yaxın azalmaya nail olacaq.
Baş məşqçi Fatih Terimin “qara siyahı”sına hücumçu Radamel Falkao başçılıq edir. Müqavilə müddəti gələn ilin yayına qədər olan kolumbiyalının illik qazancı 5 milyon avrodur. Qətər və ABŞ klublarının maraq dairəsində olan 35 yaşlı oyunçunu rəhbərlik hətta pulsuz göndərməyə də hazırdır.