Everest qalmaqalı:  Zirvəni fəth edən ilk azərbaycanlı qadın kimdir?
20 may 2025 16:46 (UTC +04:00)

Everest qalmaqalı: Zirvəni fəth edən ilk azərbaycanlı qadın kimdir?

Vəfa Musayeva mayın 15-də Everesti fəth edən qadın alpinist kimi adını tarixə yazdırıb. 

Son günlərdə bir çox mənbədə, o cümlədən, Azərbaycan mətbuatında Musayevanın bunu bacaran ilk azərbaycanlı qadın olduğu iddia edilib. 

Lakin apasport.az-ın araşdırmasına görə, Everesti fəth edən ilk azərbaycanlı qadın Elmira Aslanova olub. O, Azərbaycan bayrağı ilə Everestin zirvəsinə 2023-cü ildə qalxıb.

image

Aslanova saytımıza verdiyi açıqlamada Everestə yüksələn ilk azərbaycanlı qadın olduğunu bildirib: 

"19 may 2023-cü ildə Azərbaycan bayrağı və Ukrayna pasportu ilə Everesti fəth etdim, lakin yaxın gələcəkdə Azərbaycan pasportu alacağıma ümid edirdim. Çünki, mən Azərbaycanda doğulmuşam, bura mənim Vətənimdir. "Himalay Database"in bir qaydası var: əgər siz bayraqla zirvəyə qalxmısınızsa və hətta sonra pasportunuzu göndərmisinizsə (və heç kim həmin ölkənin pasportu ilə zirvəyə qalxmayıbsa), o zaman siz rəsmi olaraq həmin pasport və həmin bayraqla sistemə daxil olursunuz.

Azərbaycanın Gənclər və İdman Nazirliyi mənə dəstək oldu. Biz Everest və mənim səyahətim haqqında film çəkdik. Premyerası iyunun əvvəlində olacaq. Gənclər və İdman Nazirliyi isə 25.04.2025-ci ildə mənə Azərbaycan pasportu verdi. Beləliklə, nəinki rəsmi olaraq dağlara çıxıb Azərbaycanı təmsil etmək, həm də ilk azərbaycanlı qadın kimi Everestə qalxmağımı rəsmiləşdirmək imkanım oldu. İndi, rəsmi mənbə "Himalay Database" məni Everestə yüksələn ilk Azərbaycanlı qadın kimi təqdim edir". 

Qeyd edək ki, rəsmi mənbədə (red. - "Himalay Database") Everesti fəth edən ilk azərbaycanlı qadının Elmira Aslanova olduğu göstərilib. 

image

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar