Erlinq Haaland biabırçı məğlubiyyətə görə üzr istədi
14 oktyabr 2024 21:24 (UTC +04:00)

Erlinq Haaland biabırçı məğlubiyyətə görə üzr istədi

İngiltərə çempionu "Mançester Siti"nin 24 yaşlı norveçli hücumçusu Erlinq Haaland Millətlər Liqasının 4-cü turunun oyununda Avstriya yığmasına 1:5 hesabı ilə məğlubiyyətə görə üzr istəyib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Norveç millisinin yeganə qolunu “Atletiko”nun hücumçusu Aleksandr Serlot vurub.

“Hər kəsdən bağışlanma diləyirəm. Mənim tərəfimdən çox pis oyun oldu. Noyabrda biz 6 xal qazanmağa çalışacağıq”, - Haaland “Instagram” səhifəsində yazıb.

Noyabrda Norveç Millətlər Liqasında Sloveniya və Qazaxıstan komandaları ilə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548
avatar

Oxşar yazılar