Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqavilə bağladıqdan sonra ulduz futbolçu Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb.
Lent.az-ın xəbərinə görə, 4 övladları olmasına baxmayaraq, Ronaldo ilə həyat yoldaşı Corcina Rodriqez arasında rəsmi nikah yoxdur. Dubaya köçən ailəni bu ölkənin rəsmi qeydiyyat idarələri maraqlı bir sürprizlə qarşılayıb. Sivilizasiyalar arasındakı uçurum özünü göstərib.
Dubayda “vətəndaş nikahı” anlayışı olmadığına görə, Corcinaya verilən “yaşayış icazəsi”ndə status yerində "mülkiemin"(hüquq olamayan adam) "qulluqçu", "cariyə" yazılıb.
Sosial şəbəkələrdə Ronaldonun xanımının pasportunun şəkilləri yayılıb və çoxları bu xəbəri feyk xəbər adlandırıb.
Dubayda nikahdankənar münasibətlər zina hesab edildiyinə görə, hər bir halda şəriət qaydaları Ronaldonun xanımı kəniz hesab edir.