Rusiyalı idmançı, fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Roman Kostomarov bionik protez əllə yenidən yazmağı öyrənir.
Lent.az-ın xəbərinə görə, idmançının ilk yazdığı söz “ana” olub.
Roman Kostomarov bu ilin əvvəlində pnevmoniya diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Süni nəfəs aparatına qoşulan idmançının məhz bu səbəblə əl və ayaq hüceyrələrində sürətli ölüm-nekroz başlayıb. Həkimlər onun hər iki əlini və ayaqlarını kəsməli olublar.
İdmançı iradəsini toplayaraq, ölümə təslim olmaq istəməyib.
O, ayaqlarına qoyulmuş protezlərlə artıq rahat yeriyə bilir. Hətta protez ayaqlarına krassovka geyinərək yenidən buz üstünə çıxıb. Bir əlinə qoyulmuş bionik protezi də idarə etməyi öyrənib. Tezliklə sol əlinə də protez qoyulacağını bildirən idmançı bu protezlərin çox bahalı olduğunu söyləyib.