"Bavariya"nın seneqallı hücumçusu Sadio Mane Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçdikdən sonra ildə 40 milyon avro qazanacaq.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə “Sky Sport Germany” xəbər verir.
Mənbənin sözlərinə görə, bu məbləğ onun Almaniya klubundakı maaşından az qala iki dəfə çoxdur. Eyni zamanda, "Bavariya"da Sadio Mane vergilərdən əvvəl 25 milyon avro qazanıb, "Əl-Nəsr"da isə 40 milyon avro xalis qazanacaq.
Daha əvvəl məlum olub ki, seneqallı hücumçu iyulun 31-də müqavilə imzalamazdan əvvəl tibbi müayinədən keçəcəyi “Əl-Nəsr”ə gəlib.
Xatırladaq ki, 2022-ci ilin dekabrında komandaya qoşulan portuqaliyalı ulduz Kriştiano Ronaldo “Əl-Nəsr”də çıxış edir.