Səudiyyə Ərəbistanı "Əl-Hilal"ı PSJ-nin hücumçusu Neymarı heyətində görmək istəyir.
Lent.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub 31 yaşlı braziliyalıya 3 illik müqavilə üçün 600 milyon avro maaş ödəməyə hazırdır.
Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Daha əvvəl hücumçunun "Barselona"ya qayıtmağa hazır olduğu və klubların mümkün transfer barədə razılığa gəldiyi bildirilirdi. Ancaq diqqət çəkən məqam odur ki, "Barselona" PSJ-nin ulduz oyunçunun maaşının bir hissəsini ödəməyə davam etməsini istəyir.
Qeyd edək ki, "Əl-Hilal" daha əvvəl "Çelsi"nin sabiq müdafiəçisi Kalidu Koulibali və "Vulverhempton"un sabiq yarımmüdafiəçisi Ruben Neveslə müqavilə imzalayıb.