İngiltərənin əfsanəvi futbolçusu Pol Qaskoynun qızı Byanka Qaskoyn növbəti dəfə yerli medianın gündəmini zəbt edib.
Apasport.az saytının məlumatına görə, qalmaqallı model London küçələrində verdiyi pozalarla maraq yaradıb.
Sensasiyalı eşq macəraları sayəsində gənc yaşlarından məşhurlaşan 34 yaşlı Byankanın İngiltərənin paytaxtında soyuq hava şəraitinə baxmayaraq, çəkdirdiyi şəkillər diqqət çəkib. İnstaqramda paylaşımları ilə onminlərlə bəyənmə qazanan Qaskoynun ilk həyat yoldaşından olan qızı küçədə gəzərkən media nümayəndələrini görüb və onlara poza verməkdən imtina etməyib. Koronavirus pandemiyası səbəbindən bir çox sərt qaydalar tətbiq edilməsinə baxmayaraq, Byankanın maska taxmaması birmənalı qarşılanmayıb.
Qeyd edək ki, Böyük Britaniya və ABŞ-da bir çox şirkətlərlə modellik anlaşması olan Byanka Qaskoyn futbolçular da daxil olmaqla məşhur simalarla tez-tez sevgi həyatı yaşaması ilə tanınır.