"Real"ın yarımmüdafiəçisi Eden Azar Belçika milli futbol komandasındakı karyerasını bitirmək qərarına gəlib.
Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu bu barədə sosial şəbəkələrdə məlumat verib.
“Bu gün bir səhifə qapandıi. Sevginiz, dəstəyiniz üçün təşəkkür edirəm, 2008-ci ildən bəri paylaşdığımız bütün xoşbəxtliyə görə təşəkkür edirəm. Beynəlxalq karyerama son qoymaq qərarına gəldim”, – Hazard yazıb.
Qətərdə keçirilən dünya çempionatında Belçika yığması F qrupunda üçüncü yeri tutaraq pley-offa yüksələ bilməyib. Belçikalılar Kanada yığmasını məğlub edib (1:0), xorvatlar ilə heç-heçə edib (0:0) Mərakeş komandasına uduzublar ( 0:2). Komandanın kapitanı 31 yaşlı Azar idi. 2018-ci ildə Rusiyada keçirilən son dünya çempionatında yarımmüdafiəçi milli komanda ilə birlikdə turnirin bürünc mükafatçısı olub. Azar Belçika millisinin heyətində 126 oyuna çıxıb, 33 qol vurub və 36 məhsuldar ötürmə verib.
Azar 2019-cu ildən "Real”da çıxış edir. Madrid klubunun tərkibində o, ikiqat İspaniya çempionu titulunu, İspaniya Superkubokunu qazanıb, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub. Futbolçu daha əvvəl ikiqat ölkə çempionu və Avropa Liqasının qalibi olduğu İngiltərənin "Çelsi"sində çıxış edib, İngiltərə Kubokunu və İngiltərə Liqa Kubokunu qazanıb.