Dünyanın ƏN DƏBDƏBƏLİ  xizək kurortları   – SİYAHI
26 noyabr 2022 20:15 (UTC +04:00)

Dünyanın ƏN DƏBDƏBƏLİ xizək kurortları – SİYAHI

Kanadadakı “Whistler Blackcomb” beynəlxalq lüks daşınmaz əmlak agentliyi olan “Savills” tərəfindən dünyanın ən dəbdəbəli xizək kurortu seçilib. 

Lent.az-ın məlumatına görə, araşdırmanın nəticələri Britaniyanın “The Daily Mail” tabloidində dərc olunub.

Qeyd olunur ki, Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən xizək kurortu tənha istirahət üçün idealdır.

“Whistler Blackcomb” qış idmanı həvəskarları üçün 8000 akr (sahə ölçüsü. İngilis öldü sisteminin qəbul etmiş Birləşmiş Krallıq, ABŞ, Kanada, Avstraliya və s. ölkələrdə işlədilir-red.)
ərazi, bol qar, il boyu canlı kənd, cəlbedici əmlak qiymətləri və Vankuverə yaxınlıq təklif edir”, - müəlliflər vurğulayırlar.

Reytinqdə ikinci pilləni İsveçrənin İtaliya ilə sərhəddə Vale kantonunun cənubunda yerləşən ən məşhur kurortlarından biri – Zermatt tutub.

İlk üçlüyü İtaliyanın Dolomitlərdəki Val Gardena kurortu qapayır.

Zəngin turistlər arasında ən çox sevilən 10 xizək sürmə kurortalrı  sırasına İsveçrədəki “Gstaad” və “Verbier”, Kanadadakı “Mayrhofen”, “Zell am See” və “Mont Tremblant” və Yaponiyadakı “Furano” da daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2865
avatar

Oxşar yazılar