Rusiyanın şimal paytaxtında dünyanın ən böyük xokkey stadionu olan OİK Arena istifadəyə verilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Moskva rayonunda 182,3 min kvadratmetr sahəsi olan arenada yalnız böyük idman yarışlarına deyil, həm də əhəmiyyətli şəhər tədbirlərinə, bayramlara və sərgilərə ev sahibliyi edilməsi nəzərdə tutulur.
“İnşaatçılar həqiqətən unikal obyekt tikiblər. Şəhər təkcə yeni idman-konsert kompleksi deyil, həm də müasir çoxfunksiyalı məkan alıb”, - Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov deyib.
OİK Arena dünyanın ən böyük hokkey stadionudur, hokkey oyunları zamanı onun tutumu 21,5 min nəfərlikdir. Kompleksə 300 tamaşaçı üçün tribunaları olan kiçik buz arenası, hovuzu olan fitnes mərkəzi, istirahət otağı və uşaq meydançası da daxildir.