Novak Djokovic
16 yanvar 2022 11:26 (UTC +04:00)

Novak Djokovic

Dünyanın bir nömrəli tennisçisi barədə gözlənilməz qərar

Avstraliya Federal Məhkəməsi hazırda dünyada bir nömrəli tennisçi olan Novak Djokoviçin apellyasiya şikayətini rədd edib və onun vizası ləğv olunub.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, məhkəmə Novak Djokoviç yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd olunmadığı üçün belə qərar verib.

Tennisçinin yaxın saatlarda ölkədən deportasiya ediləcəyi gözlənilir. Tennisçi 3 il müddətində Avstraliyaya səfər üçün viza ala bilməz. 

Beləliklə, Novak Djokoviç Avstraliya Açıq Çempionatında iştirak edə bilməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2580
avatar

Oxşar yazılar