Yəqin bilirsiniz ki, Leo Messi dünya kubokunu qazanaraq, dünya çempionatı, Çempionlar Liqası və “Qızıl top”u qazanan futbolçular siyahısına daxil edilib.
Başqa kim belə nailiyyətlərlə öyünə bilər?
Lent.az həmin futolçuları təqdim edir:
Bobbi Çarlton (İngiltərə)
İngiltərə yığmasının tarixində yeganə kubok Bobbi Çarltonun adı ilə bağlıdır. 1966-cı ildə ingilislər dünya çempionu olublar.
Bobbi Çarlton turnirin ən yaxşı oyunçusu, həmçinin “Qızıl top”un sahibi kimi tanınıb. İki il sonra “Mançester Yunayted”in heyətində Çarlton Çempionlar Liqasının qalibi olub.
Qerd Müller (Almaniya)
1974-cü ildə Müller finalda Madridin “Atletiko” klubunu məğlub edərək, “Bavariya”ya Çempionlar Liqasını qazandırıb. 4 ildən sonra Müller Almaniya millisinin tərkibində dünya çempionu olub.
O, “Qızıl top”u 1970-ci ildə alıb. Müller həmin il dünya çempionatının ən məhsuldar oyunçusu kimi “Qızıl buts” sahibi olub.
Frans Bekkenbauer (Almaniya)
Bekkenbauer 1972 və 1976-cı illərdə iki dəfə “Qızıl top”u qazanıb. Qeyd edək ki, Bekkenbauer və Müller komanda yoldaşı olub və həmin illərdə “Bavariya” dünyanın ən güclü klublarından biri idi. 1974-cü ildə Bekkenbauer Çempionlar Liqasının və dünya çempionatının qalibi olub.
Paolo Rossi (İtaliya)
Paolo Rossi hücumçu olsa da, ancaq məhsuldarlığı ilə fərqlənmirdi. Amma 1982-ci il hücumçu üçün çox uğurlu il olub. Başlanğıc üçün o, “Yuventus”la İtaliya çempionu, sonra dünya çempionu olub və üstəlik “Qızıl top”u qazanıb. Üç il sonra isə Rossi “Yuventus”la Çempionlar Liqasının qalibi olub.
Zinəddin Zidan (Fransa)
Zidan əvvəlcə dünya kubokunu qazanıb. 1998-ci ildə dünya çempionatının finalında fransızlar Braziliyanı 3:0 hesabı ilə məğlub ediblər və Zidan 2 qol vurub. Bundan əlavə, 1998-ci ildə Zidan “Yuventus”la İtaliya çempionatının qalibi olub və Çempionlar Liqasının finalına yüksəlib.
Bu, son nəticədə “Qızıl top” üçün səsverməyə təsir edib. Zidan isə dünya çempionu adına “Qızıl top”un sahibi adını da əlavə edib. Zidan “Real” keçdikdən sonra Çempionlar Liqasını qazanmağı bacarıb və bu, 2022-ci ildə baş verib.
Rivaldo (Braziliya)
Rivaldo 43 yaşına kimi oynamasına baxmayaraq, Avropada çox çıxış etməyib. Onun ən uğurlu dövrü 1997-ci ildən 2002-ci ilə qədər “Barselona”da çıxış etdiyi dövrdür. Məhz bu dövrdə o, “Qızıl top”u (1999), Çempionlar Liqasını (2003) və dünya kubokunu (2002) qazanıb.
Ronaldinyo (Braziliya)
Ronaldinyo tənbəllik etməsəydi, asanlıqla daha 2-3 “Qızıl top” qazana bilərdi. Beləliklə, yeganə “Qızıl top”u 2005-ci ildə qazanıb. 2002-ci ildə Ronaldinyo Braziliya ilə dünya çempionatının qalibi olub. Çoxları braziliyalını İngiltərəyə vurduğu topa görə xatırlayır. 2006-cı ildə isə braziliyalı “Barselona”nın Çempionlar Liqasını qazanmasına kömək edib ki, bu da klubun tarixində yalnız ikinci idi.
Kaka (Braziliya)
2002-ci ildə dünya kubokunu qazanan daha bir braziliyalı. Amma o zaman Kaka çox gənc idi və o, digər oyunçularla rəqabət apara bilmirdi. Ona görə də cəmi bir oyun keçirib. 5 ildən sonra Kaka artıq Braziliya millisinin əsas fiquru idi. 2007-ci ildə Kaka “Milan”la Çempionlar Liqasının qalibi olub və burada turnirin bombardiri kimi ən yaxşı oyunçusu çeçilib. Və həmin il “Qızıl top”u qazanıb.