Dünya çempionu “Çelsi”yə keçməyə  razılaşdı
30 dekabr 2022 16:40 (UTC +04:00)

Dünya çempionu “Çelsi”yə keçməyə razılaşdı

Lissabonun “Benfika” və Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandes “Çelsi” yə keçməyə razılaşıb.

Lent.az bildirir ki, italiyalı insayderlərin məlumatına görə, klublar danışıqlara başlayıb. Müqaviləyə əsasən futbolçu üçün təzminat məbləği 120 milyon avro olsa da, londonlular daha az ödəniş etməyi və eyni zamanda portuqalların istəklərini təmin etməyi planlaşdırır.

Daha əvvəl mətbuatda futbolçu ilə "Liverpul" və "Mançester Yunayted"in də maraqlandığı barədə məlumatlar yayılsa da, məsələ heç vaxt konkret təkliflərə gəlməyib.

Fernandes bu mövsüm 24 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Argentina millisinin tərkibində Enzo dünya çempionu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2280
avatar

Oxşar yazılar