FİFA DÇ-2022-nin yarımfinal iştirakçılarına turnirin həlledici mərhələsində oynayacaqları topu göstərib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, futbol topuna “Al Hilm” (“Arzu”) adı verilib.
Topu əvvəlki kimi texniki sponsor – “Adidas” hazırlayıb. İştirakçıların daha əvvəl oynadığı “Al Rihla”dan “Al Hilm” çox da fərqlənməyəcək. O, həmçinin yarımavtomatik ofsayd fiksasiyasına kömək etmək üçün Connected Ball texnologiyasını da təqdim edəcək. Yalnız dizayn bir az dəyişib - yarımfinal və final topu üçün zərdən istifadə olunacaq.
Xatırladaq ki, DÇ-2022-nin ilk yarımfinal oyunu sabah, dekabrın 13-də keçiriləcək - Argentina Xorvatiya ilə qarşılaşacaq. Fransa dekabrın 14-də Mərakeşlə görüşəcək. 2022-ci il dünya çempionatının finalı bazar günü, dekabrın 18-də keçiriləcək.